• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Günəş tutulmasının səhhətimizə hansı təsirləri var? - Həkimlər AÇIQLADI

CƏMİYYƏT

25 Oktyabr 2022 | 12:33 | Müəllif: Qalib İbrahimoğlu

Günəş tutulmasının səhhətimizə hansı təsirləri var? - Həkimlər AÇIQLADI

Xəbər verdiyimiz kimi, bu gün ilin ikinci Günəş tutulması baş verəcək.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.

Günəş tutulmasının səhhətimizə hansısa təsiri varmı?

Terapevt Rasif Bağırov Bakıvaxtə.az-a bildirib ki, Günəş tutulması çox tez-tez baş verən hadisədir: “İndiyə qədər insanlar tərəfindən çoxlu Günəş tutulmaları görülüb. Hələ ki bunun nə kiməsə təsiri olub, nə də əhvalında dəyişiklik yaradıb. Günəş tutulması sadəcə Günəşlə yerin arasına Ayın girməsi ilə bağlı olan bir şeydir, bu hadisə zamanı hər üç planet eyni cərgədə yerləşdiyi üçün onlar Yerə daha çox cazibə qüvvəsi tətbiq edirlər”.

Onun spzlərinə görə, Yerin üzərində qısa müddət ərzində tutulma baş verir, Günəş şüalarını düşməsi azalaır, bir neçə dəqiqə sonra hər şey əvvəlk halına qayıdır: “Ona görə də, bu prosesin insanın səhhətində hansısa problem yaradacağını düşünmürəm. Bu, kainatda baş verən qeyri-adi bir hadisə deyil, adi, keçici bir şeydir. Heç bir problem yaradan deyil”.

Daxili xəstəliklər uzmanı Həbib Sahtarov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Günəş və Ay tutulmaları maraqlı təbiət hadisələridir: “Bilirik ki, Ay Günəşlə Yer arasında yerləşən bir planetdir. Müəyyən bir dövr ərzində isə Ay Günəş işıqlarının qarşısını alır və Yer kürəsinə sanki bir kölgə kimi görünür”.

Onun sözlərinə görə, Günəş tutulmasının insanların sağlamlığına hər hansı ziyanı olduğunu demək olmaz, çünki bu proses çox vaxt 6-7 dəqiqə çəkir: “Bu səbəbdən, sağlam və ya xroniki xəstəliyi olan insanlara hər hansı təsirindən söhbət gedə bilməz”.

 Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026