• Bakı 20° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Müəllimlər yerdəyişmə və qarşılıqlı yer dəyişmədə imtahan verməyəcək

CƏMİYYƏT

24 Noyabr 2022 | 11:10

Müəllimlər yerdəyişmə və qarşılıqlı yer dəyişmədə imtahan verməyəcək

"İki yüzdən artıq müəllim qarşılıqlı iş yerini dəyişə biləcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli “Müəllimlərin qarşılıqlı iş yerinin dəyişdirilməsi” mövzusunda canlı yayımda deyib.

Onun sözlərinə görə, payız semestrnə qədər müraciət edən müəllimlərin müraciətinə baxılmasına çalışılır: “İstəyirik ki, yaz semestrrindən etibarən isə müraciət etmiş müəllimlər yeni iş yerlərində işə başlasın”.

N.İsmayılbətli qeyd edib ki, yerdəyişmə və qarşılıqlı yer dəyişmədə heç bir imtahan olmayacaq: “Müəllimlər əvvəlki ballarla müraciət edəcəklər. Minimum tələb 30 bal və 50%-dir. Bu müəllimlər öz işlərini qarşılıqlı dəyişdirə biləcəklər. Əlavə olaraq hər hansı keçid balının dəyişməsi nəzərdə tutulmir”.

Aytac Aslan


SON XƏBƏRLƏR