• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Metroda gərginlik düşdü -  Qatarlar gecikdi

CƏMİYYƏT

24 Noyabr 2022 | 11:11

Metroda gərginlik düşdü - Qatarlar gecikdi

Metronun "Avtovağzal" stansiyasında problem yaranıb.

Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.

"4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda problem tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir",- B.Məmmədov deyib.

O bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl də "Avtovağzal" stansiyasında oxşar problem yaranmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026