• Bakı 16° C

    0.9 m/s

Gürcüstan hökumətində dəyişiklik oldu - Yeni nazirlər

DÜNYA

21 Aprel 2026 | 18:34 | Müəllif: Subhan Mahmudov

Gürcüstan hökumətində dəyişiklik oldu - Yeni nazirlər

Gürcüstan hökumətində kadr dəyişiklikləri baş verir.

Bakıvaxtı.az xəbər verir ki, Geka Geladze daxili işlər naziri vəzifəsindən istefa verib və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olub. Acarıstan hökumətinin başçısı Sulxan Tamazaşvili Daxili İşlər Nazirliyinin yeni rəhbəri təyin edilib.

Gürcüstanda, həmçinin, Hüquq-mühafizə orqanlarının koordinasiya naziri vəzifəsi yaradılacaq və bu vəzifəni Dövlət Təhlükəsizlik Xidmətinin hazırkı rəhbəri Mamuka Mdinaradze tutacaq. O, eyni zamanda Baş nazirin müavini olacaq.

Xarici işlər naziri Maka Boçorişvili Baş nazirin daha bir müavini təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026