"ABŞ-nin Gürcüstan ordusuna yardımı məhdudlaşdırılması anlaşılmazdır".
Bakıvaxtı.az "Aktual.Ge"yə istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
O, açıqlamasında Gürcüstan hökumətinin tətbiq etdiyi "xarici təsirin şəffaflığı" qanununun təsdiqindən sonra ölkəsinin ABŞ və Avropa İttifaqı (Aİ) ilə münasibətlərində yaşanan problemlərə toxunub.
Qanunu tənqid edən Zurabişvili bildirib ki, oktyabrın 26-da keçiriləcək ümumi seçkilərdən sonra yeni hökumət Qərblə münasibətlərini yenidən qurmalıdır:
"ABŞ administrasiyasının ölkədə mübahisələrə səbəb olan "xarici təsir qanunu"na görə Gürcüstana 95 milyon dollarlıq yardımı dayandırması, ABŞ-Gürcüstan birgə hərbi təliminin və Gürcüstanın Aİ-yə üzvlük prosesinin dayandırılması kimi qərarlar heç də təəccüblü deyil. Müxalifət seçkilərdə qalib gələrsə, texnokratik hökumət qurulacaq. Ölkənin demokratiyası və Avropa İttofaqına inteqrasiyası üçün mühüm addımlar atılacaq".
Gülşən Şərif