Gürcüstan hakimiyyəti Rusiya tərəfindən deportasiya edilən 80-ə yaxın ukraynalı cinayətkarı ölkəyə buraxmaqdan imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublikanın sərhəd polisinin nümayəndəsi Luka Paataşvili “İmedi” telekanalının efirində bildirib.
Məlumata görə, Gürcüstan-Rusiya sərhədindəki keçid məntəqəsində olan bu 80-ə yaxın adamın əksəriyyəti əvvəllər qətl, zorlama və ya narkotiklə əlaqəli cinayətlər kimi ağır cinayətlərə görə məhkum olunublar.
"Onların müvafiq sənədləri yoxdur və onların Gürcüstana buraxılması böyük riskdir", - rəsmi vurğulayıb.
Mina Mikayılova