İnauqurasiya günü, dekabrın 29-da Gürcüstan prezidenti Mixeil Kavelaşvili etiraz aksiyalarında maska taxmağı, pirotexniki vasitələrdən və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.
Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.
"Yığıncaqlar və nümayişlər haqqında" qanuna edilən dəyişikliklərə əsasən, üzü maska və ya digər vasitələrlə örtmək qadağandır. Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarının gözündə parıldayan pirotexniki və lazerlər də daxildir.
Baş nazir İrakli Kobaxidze bildirib ki, qanun həm etiraz aksiyaları, həm də əks aksiya iştirakçılarının üzlərinin örtülməsini qadağan edəcək ki, bu da zorakılığın qarşısını almağa kömək edəcək.
Gülşən Şərif