Gürcüstan ərazisində qəza-bərpa işləri səbəbindən Ermənistana təbii qazın nəqli müvəqqəti dayandırılacaq.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın qaz nəqli şəbəkəsinin operatoru “Qazprom Ermənistan” şirkəti məlumat verib.
Bildirilib ki, təmir işləri Şimali Qafqaz-Cənubi Qafqaz magistral qaz kəmərinə qoşulan "Qazax-Saquramo" qaz kəmərinin 125-ci kilometrində aparılacaq.
Ermənistana təbii qazın verilməsi dekabrın 26-da saat 13:00-dan 19:00-dək dayandırılacaq.