• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Çökən binadakı son vəziyyət - VİDEO

DÜNYA

25 Yanvar 2025 | 11:38

Çökən binadakı son vəziyyət - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Konya şəhərində bina çöküb. Nəticədə binada olan 5 nəfərdən üçü xilas edilib, digər iki nəfərin axtarışları isə davam etdirilir.

Bakıvaxtı.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) hadisə yerinə axtarışlar üçün 200 nəfərlik canlı qüvvə cəlb edib. 

Bununla yanaşı, axtarış-xilasetmə əməliyyatında itlərdən də istifadə edilir. 

Binada olan sözügedən 5 nəfərin eyni ailənin üzvləri olduğu da məlum olub. Hazırda xilas edilən üç nəfərin xəstəxanada müalicəsi davam etdirilir. 

Eyni zamanda, hadisə ilə əlaqəli olmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR

04 Fevral 2025