Türkiyədə İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, İstanbulda İŞİD-ə qarşı həyata keçirilən əməliyyatda qeyri-qanuni toplantılar keçirərək fitrə və zəkat adı altında pul yığdığı müəyyən edilən şübhəlilərə aid 68 ünvanda keçirilən basqınlar nəticəsində 59 nəfər saxlanılıb.
Eyni zamanda, silahlar, çoxsaylı rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib.
Nuriyyə Musayeva