• Bakı 13° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Vaşinqton Ankaradan nə xahiş edib?

DÜNYA

26 Mart 2025 | 09:21

Vaşinqton Ankaradan nə xahiş edib?

 ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə vurğulayıb ki, Vaşinqton Ankaradan Ukrayna və Qafqazda sülhə dəstək verməyi xahiş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, diplomatlar əsas təhlükəsizlik və ticarət məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər: “Dövlət katibi Türkiyədən Ukraynada və Cənubi Qafqazda sülhü dəstəkləməyi xahiş edib”, - sənəddə deyilir.

Rubio həmçinin beynəlxalq terrorizm üçün baza və ya İranın sabitliyi pozan hərəkətləri üçün platforma olmayacaq sabit, vahid və sülhsevər Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın zəruriliyini vurğulayıb.


SON XƏBƏRLƏR

28 Mart 2025