• Bakı 12° C

    6.48 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Türkiyə Ukraynaya sülhməramlı göndərilməsi ilə bağlı keçiriləcək iclasda iştirak edəcək

DÜNYA

26 Mart 2025 | 09:04

Türkiyə Ukraynaya sülhməramlı göndərilməsi ilə bağlı keçiriləcək iclasda iştirak edəcək

“Bəzi Avropa ölkələri, o cümlədən Fransa Ukraynaya sülhməramlı göndərmək barədə danışıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Habertürk”ün efirində deyib.

O bildirib ki, hələ bu barədə konkret mövqe yoxdur: “Amma Fransada toplantı keçiriləcək. Həmin iclasda Türkiyəni mən təmsil edəcəyəm. Hər kəs məsələ ilə bağlı öz mövqeyini deyəcək”.

C. Yılmaz qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında balanslı mövqe qoruyan nadir dövlətlərdən biridir:

“Biz hər iki tərəflə münasibətlərimizi qoruyur, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Türkiyə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Müharibənin ən yaxın gələcəkdə bitməsi bütün regionun və dünyanın xeyrinədir”.


SON XƏBƏRLƏR

28 Mart 2025