• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Hadisənin əri Hülya Avşarın qızı ilə eşq yaşayır?

MƏDƏNİYYƏT-ŞOU

28 Sentyabr 2022 | 15:47

Hadisənin əri Hülya Avşarın qızı ilə eşq yaşayır?

Məşhur müğənni Hadisə ilə evliliklərini bitirməyə qərar verən Mehmet Dinçerler boşanma davasından əvvəl Yunanıstanın Rodos adsına tətilə gedib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dinçerler tətil zamanı Hülya Avşarın qızı Zəhra Çilingiroğlu ilə görüntülənib. Onların eyni kadrda görünməsi eşq dedi-qodularına yol açıb.

Zəhra Çilingiroğlunun vəkili Arca Açıkel mətbuata əks olunan xəbərdən sonra mövzu ilə bağlı açıqlama verib:

“Müvəkkilimiz Zehra Çilingiroğlunun son zamanlar evliliyi ilə gündəmə gələn Mehmet Dinçerlərlə birlikdə olması xəbəri heç bir şəkildə həqiqəti əks etdirmir. Böhtanların yer aldığı, həqiqətə uyğun gəlməyən, gənc qızın gələcəyinə təsir edən iddialara mövzu olan bu xəbəri şiddətlə qınayır və qəbul etmirik. Xəbərdə yazılanların hamısı əsassızdır. Bu xəbər Zehra Çilingiroğlu və Hülya Avşarın reputasiyasına xələl gətirmək məqsədi daşıyır”.

Nur


SON XƏBƏRLƏR