• Bakı 19° C

    1.07 m/s

Hakan Fidan: Türkiyə Qəzzada atəşkəsi dəstəkləyir

DÜNYA

15 Yanvar 2025 | 21:32 | Müəllif: Subhan Mahmudov

Hakan Fidan: Türkiyə Qəzzada atəşkəsi dəstəkləyir

Türkiyə Qəzza zolağında atəşkəs razılaşmalarını dəstəkləyir, lakin bu barədə hələlik rəsmi məlumatı yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransı zamanı bildirib.

"Yaxın saatlarda bu məsələ ilə bağlı rəsmi açıqlamalar alacağımızı gözləyirik. Türkiyə olaraq bu istiqamətdə istənilən addımı dəstəkləyirik, bu, regional sabitliyin təmin olunması üçün vacibdir", - türkiyəli nazir bildirib.

Fidan əlavə edib ki, Ankara 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin yaradılması ilə Yaxın Şərq probleminin iki dövlət əsasında həlli istiqamətində səylərini davam etdirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026