• Bakı C

    9.44 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Amerikalılar Qəzzada fələstinliləri yoxlayırlar

DÜNYA

14 Fevral 2025 | 20:47

Amerikalılar Qəzzada fələstinliləri yoxlayırlar

ABŞ-nin mühafizə şirkətləri Qəzza zolağında nəzarət-buraxılış məntəqələrinə yerləşiblər.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The National" nəşri mənbələrə istinadla məlumat verir.

Bildirilir ki, sözügedən şirkətlərin əməkdaşları Qəzzanın mərkəzi hissəsində Netsarim dəhlizini keçən fələstinliləri yoxlayırlar. Bir neçə özəl şirkət ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs çərçivəsində fələstinlilərin HƏMAS hərəkatı ilə əlaqələrinin olub-olmadığını yoxlayır.

Nəşr qeyd edir ki, nəzarət-buraxılış məntəqələrində yerləşən təhlükəsizlik şirkətlərində amerikalı və ərəb əməkdaşlar işləyirlər. Ərəb əməkdaşlar yerli sakinlərlə qarşılıqlı əlaqə qururlar, amerikalılar isə yoxlanış prosedurunu koordinasiya edirlər. Onlar Qəzzanın şimal hissəsinə hansı sakinlərin qayıda biləcəklərinə dair qərar verirlər.

HƏMAS-ın Livandakı nümayəndəsi Mahmud Taha nəşrin məlumatını təsdiqləyib.


SON XƏBƏRLƏR

22 Mart 2025