Ukrayna sülh danışıqlarında ABŞ-la çox yaxşı, sinxronlaşdırılmış mövqeyə malikdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, Putinin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşünün nəticələri barədə hələlik məlumatı yoxdur:
“Putin yenə də Rusiyanın Ukraynanı nəhayət məğlub etdiyi barədə cəfəngiyyatını danışa bilər. Şübhə etmədiyim odur ki, öz paralel dünyasında yaşayan bu adam artıq hamını məğlub edib, əhatəyə aldığını deyir. Hər kəs təslim olmalı, silahını yerə qoymalıdır. O, üç ildir ki, döyüşür və yüzüncü dəfə hamını məğlub edir”./axar.az