• Bakı 10° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Şimali Makedoniyada ölənlərin sayı artdı - Bir həftəlik matəm olacaq

DÜNYA

16 Mart 2025 | 18:31

Şimali Makedoniyada ölənlərin sayı artdı - Bir həftəlik matəm olacaq

Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı 59-a yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.

Nazir faciə nəticəsində 155 nəfərin yaralandığını, onlardan 152-nin xəstəxanaya yerləşdirildiyini qeyd edib. Faciə qurbanlarının yaşlarının 14-25 arasında olduğu bildirilib.

Səhiyyə naziri Arben Taravari vəziyyəti ağır olan 20 yaralının müalicə üçün xaricə göndəriləcəyini deyib.

Şimali Makedoniya hökumət faciəsi ilə əlaqədar bir həftəlik milli matəm elan etməyə hazırlaşır.


SON XƏBƏRLƏR

16 Mart 2025
15 Mart 2025