• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pakistanda terror: 12 hərbçi həlak oldu, onlarla yaralı var

DÜNYA

16 Mart 2025 | 20:04 | Müəllif: Subhan Mahmudov

Pakistanda terror: 12 hərbçi həlak oldu, onlarla yaralı var

Pakistanın Noşki (Bəlucistan) bölgəsinin N-40 magistral yolunda sərhədçiləri daşıyan avtobus karvanına hücum olub. Hadisə nəticəsində azı 12 hərbçi həlak olub, daha 26 nəfər yaralanıb.

Bu barədə Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir.

Hücumun partlayışla başladığı, sonra isə Rakşani Mill rayonunda intensiv atışma ilə davam etdiyi bildirilir.

Partlayışı kamikadze əldəqayırma qurğudan istifadə etməklə həyata keçirib.

Hərbçilərin cavab atəşi nəticəsində iki terrorçu məhv edilib. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” qruplaşması üzərinə götürüb.

Xatırladaq ki, martın 11-də terrorçular Bəlucistan əyalətində qatarı qaçırıblar. Silahlılar sərnişinləri girov götürüb, sürücünü yaralayıb. Hücumçular azı 50 girovu öldürüblər. Qatarın sərnişinləri azad edilib. Əməliyyat zamanı 28 əsgər həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026