• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Zelenski: Ukrayna NATO-ya qəbul olunmasa, 1,5 milyonluq orduya sahib olmalıdır

DÜNYA

14 Fevral 2025 | 20:12

Zelenski: Ukrayna NATO-ya qəbul olunmasa, 1,5 milyonluq orduya sahib olmalıdır

Ukraynanı NATO-da görmək istəmirlərsə, bizim 1,5 milyon hərbçidən ibarət ordumuz olmalıdır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“NATO-da deyiliksə və ya hazırda NATO-da deyiliksə, bizim konkret sayda hərbçidən ibarət, qorumağa qadir olan ordumuz olmalıdır. Mən sizə sadəcə rəqəmləri deyirəm. Bu, 1,5 milyon nəfərlik ordu olmalıdır”, - o deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu şəxsi heyət baxımından indi təxminən bunun yarısı qədərdir. O vurğulayıb ki, bunu nəzərə almaqla 1,5 milyonluq ordunu saxlamaq indiki kimi 40 milyard dollara deyil, 60 milyard dollara başa gələcək.


SON XƏBƏRLƏR

11 Mart 2025