Qəzzada atəşkəslə bağlı razılaşma əldə etmək üçün vaxt lazım olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib.
“Mən hal-hazırda konkret vaxt təyin edə bilmərəm. Amma, deyə bilərəm ki, razılaşmaya çatmaq üçün zamana ehtiyacımız olacaq. HAMAS-dan və İsraildən olan nümayəndə heyətləri Dohadadır. Biz onlarla ayrı-ayrılıqda görüşürüb danışırıq. Yəni, danışıqlar hələ ki başlamayıb”- əl-Ənsari bəyan edib.
Qətər XİN sözçüsü hər iki nümayəndə heyəti ilə danışıqlar aparılmasının səbəbini, onlar arasında dialoq üçün zəmin hazırlamaq niyyəti ilə izah edib.