• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Heç bir xarici güc Azərbaycanın mövqeyini dəyişdirə bilmıəz - AÇIQLAMA

GÜNDƏM

18 Sentyabr 2023 | 16:19

Heç bir xarici güc Azərbaycanın mövqeyini dəyişdirə bilmıəz - AÇIQLAMA

Qarabağdakı separatçılar Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar yüklərin Laçın və Ağdam-Xankəndi yolları ilə paralel daşınması təklifini qəbul etməyə razılaşıblar. Razılaşmadan sonra beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndi istiqamətinə hərəkət edib. Maşınların içərisindəki yüklər Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılıb.

Millət vəkili Azər Badamov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yaradıb.

Deputatın sözlərinə görə, yeni reallıqlar Azərbaycanın mövqeyinə uyğundur: "Mövqeyimizdən kənar hansısa məsələnin həyata keçməsi mümkün deyil. Heç bir xarici güc Azərbaycanın mövqeyini dəyişdirə və iradəsini qıra bilmıəz. Laçın yolu ilə bağlı Ermıənistanın havadarları Azərbaycan rəhbərliyi ilə dəfələrlə telefon əlaqə saxlayaraq yolun açılmasının vacibliyini bildirirdilər. Dövlət başçımız isə bütün dairələrə Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın razılığı ilə Laçın yolundan yüklərin daxil olacağını vurğulayırdı”.

Müsahibimiz qeyd edib ki, əslində humanitar yüklərin Ağdam və Laçın yolları vasitəsilə 1 sentyabrda paralel daxil olması razılaşdırılmışdı. Amma separatçılar Ağdam yolu ilə yüklərin buraxılmayacağını bildirdiyinə görə Laçın yolundan da humanitar yükün keçilməsinə icazə verilmədi: “Ağdam yolundan BQXK-nin humanitar yükü keçəndən sonra Laçın yolundan eyni yükün keçirilməsinə icazə verildi. Ağdam yolundan humanitar yük yoxlanılmadan buraxıldı. Ancaq Laçın yolundan keçən yüklərə vizual nəzarətdən sonra girişinə imkan yaradılır".

Deputat diqqətə çatdırıb ki, Laçın yolundan BQXK-nin humanitar yüklərinin keçməsi heç də bu yolun bütün yüklər üçün açıq olduğu anlamına gəlmir: "Laçın yolu beynəlxalq yol statusu daşıdığından bu yol vasitəsilə keçəcək yüklər sərhəd və gömrük qaydalarına uyğun tənzimlənəcək. Ağdam yolundan BQXK-yə məxsus maşınların buraxılmasını və Qırmızı Aypara Cəmiyyətinin yükünün gözlədilməsini ayrı-seçkilik hesab edirəm. Hər iki qurum beynəlxalq humanitar təşkilat statusuna malikdir. QAC-ın avtomobillərinin Xankəndiyə girə bilməməsi qəbuledilməzdir. Bu məsələ BQXK-nin Cenvrədə yerləşən ofisi ilə müzakirə olunmalıdır. Qırmızı Aypara Cəmiyyətinin avtomobillərinin də sərbəst girişi təmin edilməlidir".

Aydın Baxış


SON XƏBƏRLƏR