"Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi və ətraf rayonlara səfəri, orada üçrəngli bayrağı ucaltması tariximizə qızıl hərflərlə yazılacaq bir gün olacaq".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitenin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib.
Professor bildirib ki, üçrəngli bayrağımızın Xankəndidə dalğalandığı günü necə həsrətlə gözlədiyini ifadə etmək çox çətindir: "Bu gün qürur günümüzdür. Prezident İlham Əliyev Qarabağdan, Xankəndidən bütün dünyaya qələbəmizin dönməz olduğunu bir daha bəyan etdi. Erməni separatçıların və onların havadarlarının Qarabağa geri dönməsi və burada yenidən təxribatçı hərəkətlər etməsi ilə bağlı ümidləri artıq sona çatdı”.

Qafar Çaxmaqlı: Prezident Xankəndidən bütün dünyaya qələbəmizin dönməz olduğunu bir daha bəyan etdi
Onun sözlərinə görə, dövlətimizin başçısının Xandəndi mesajı ilə hər kəs Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu anladı.
“İlham Əliyev Qarabağla bağlı son dərsini verdi və erməni rəhbərlərinə nəticə çıxartmaq imkanl tanıdı”, - deyə Qafar Çaxmaqlı vurğulayıb
Aydın Baxış
















