• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bu, Azərbaycanın diqtəsi ilə olmalıdır: Paşinyan sülh müqaviləsini imzalamaq istəyirdisə...

GÜNDƏM

18 Oktyabr 2023 | 13:08 | Müəllif: Qalib İbrahimoğlu

Bu, Azərbaycanın diqtəsi ilə olmalıdır: Paşinyan sülh müqaviləsini imzalamaq istəyirdisə...

“Ermənistanın baş naziri Nikol Paşinyanın belə bəyanatları çox olub”.

Bunu Bakıvaxtı.az-a deputat Arzu Nağıyev Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Avropa parlamentində verdiyi bəyanata münasibət bildirərkən deyib.

Qeyd edək ki, Paşinyan ölkəsinn ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu vurğulayıb.

Deputat qeyd edib ki, Paşinyanın dedikləri ancaq populist çıxış kimi yadda qalıb. Nağıyevin sözlərinə görə, əgər, Paşinyan doğrudan da, sülh müqaviləsinin imzalanmasını istəyirdisə, Qranada görüşündə hansısa dövlətlərin himayəsi altında bunu etməyə çalışmazdı: “Ortada Avropa İttifaqının iştirakı, ABŞ və Rusiya müstəvisi var idisə, o bu prosesdə nəyə görəsə ancaq bəyanatlar vermək, kiminsə himayəsi altında tədbirlərdə iştirak etmək istəyir.

Msahibimiz Dbildirib ki, Ermənistanın Baş nazirinin son dəfə sülh müqaviləsini imzalamağa hazır olduğunu deməsi məsələni bir daha gündəmə gətirdi: "Faktiki olaraq, onlar sülh müqaviləsinin imzalanması istiqamətində heç bir ciddi addım atmayıblar. Təbii ki, Azərbaycan tam şəkildə suverenliyini bərpa edib. Bunların bəhanəsi olan Qarabağ məsələsi yoxdur, həll edilib”.

Deputat vurğulayıb ki, bu gün sülh müqaviləsinin imzalanması Azərbaycanın diqtəsi ilə Azərbaycan və Ermənistan arasında olmalıdır: “Təbii ki, Gürcüstan və Rusiyanın vasitəçiliyi kimi bir çox müstəvilər də var".

Arzu Nağıyev: Cənubi Qafqazda sülhün bərqərar olması iki dövlətdən asılıdır, bunu dərk etməlidirlər

A.Nağıyev hesab edir ki, bu gün onların sülhün bərqərar olmasından başqa yolu, atacağı addım yoxdur: "Çünki min kilometrlərlə uzaqda olan hansısa dövlətlər gəlib bunun əvəzinə sülhü bərqərar etməyəcək. Bu, əsasən, iki dövlətə aiddir. Yəni Cənubi Qafqazda sülhün bərqərar olması iki dövlətdən asılıdır, bunu dərk etməlidirlər. Düşünürəm ki, Azərbaycan da buna hazırdır”.

“Şərtlər Azərbaycan tərəfindən çoxdan deyilib. Zəngəzur dəhlizinin açılışı, digər komminukasiya vasitələrinin işə düşməsi, son vaxtlar verilən absurd bəyanatların müzakirəsi və s. bunların hamısı mütləq şəkildə Azərbaycanın diqtəsi ilə olmalıdır. Bunların, birmənalı şəkildə, başqa yolu da yoxdur. Tənəzzülə uğramış iqtisadiyyatını, siyasətini, hərbi qüvvəsini yenidən dirçəltmək, dünyəvi dövlətə çevrilmək üçün Ermənistan mütləq şəkildə bu addımı atmalıdır. Əsas diqtə edən tərəf də məhz Azərbaycandır", - deyə Arzu Nağıyev əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026