• Bakı C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.7943

    RUB - 1.5024

Evlənmədən boşanma kağızı gəldi: "Kiminlə boşanacam?"

DÜNYA

28 Noyabr 2024 | 13:19

Evlənmədən boşanma kağızı gəldi: Kiminlə boşanacam?

Türkiyədə heç evlənməyən şəxsə boşanma ilə bağlı məhkəmə məktubu gəlib.

Bakıvaxtı.az xəbər verir ki, maraqlı hadisə İzmirin Bayraklı rayonunda yaşayan Aytuğ Arduçun başına gəlib.

Məlumata görə, daha əvvəl heç vaxt evli olmayan Arduç Adıyaman Gölbaşı 2-ci Mülki Asliye Məhkəməsinin öz adına göndərdiyi “Ev birliyinin təməli sarsıldığı üçün boşanma (mübahisəli)” məktubunu görəndə heyrətə gəlib.

Arduç sonradan bu məktubla bağlı vəkilindən soruşduqda bildirişdə hərf səhvi olduğunu öyrənib və sevgilisinə vəziyyəti izah edərkən mübahisə etdiklərini bildirib:

"Mən 32 yaşındayam. Heç vaxtda evlənməmişəm. İndi kiminlə boşanacağımı da bilmirəm. Mənim sevgilim var. Vəziyyəti ona deyəndə əvvəlcə əsəbləşdi və mübahisə etdik. Sonra o da burada bir yanlışlıq olduğuna inandı".

Mina Mikayılova


SON XƏBƏRLƏR