• Bakı 20° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

HƏMAS Qəzzanın nazir müavininin öldüyünü təsdiqləyib

DÜNYA

07 Iyul 2024 | 20:24

HƏMAS Qəzzanın nazir müavininin öldüyünü təsdiqləyib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının əmək nazirinin müavini İhab əl-Hüseynin ölümünü təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc olunub.

“HƏMAS [Qəzzadakı] Fələstin hökumətinin əmək nazirinin müavini İhab əl-Hüseynin ölüm xəbərini təəssüflə təsdiqləyir”, – bəyanatda deyilir. HƏMAS Əl-Hüseynin İsrailin Qəzza şəhərini atəşə tutması zamanı öldürüldüyünü təsdiqləyib və əlavə edib ki, onun həyat yoldaşı və bir neçə qızı daha əvvəl anklavda ölüb.

O, 2020-ci ildən sözügedən vəzifəni tuturdu.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024