304 gün ərzində davam edən qarşıdurma zamanı İsrail tərəfi Qəzza zolağında onlarla qəbiristanlıqdan 2000-dən çox cəsəd oğurlayıb.
Bakıvaxtı.az Sinxua agentliyinə istinadən xəbər verir ki, cəsədlər anklavın cənubundakı Kerem Şalom keçidi vasitəsilə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən gətirilib.
Cəsədlər seriya nömrələri yazılmış, lakin mənşəyi, haradan aparıldığı və ya öldürüldüyü yerlər barədə heç bir məlumat olmadan polietilen torbalara yerləşdirilib. Geri qaytarılan cəsədlər Xan Yunis şəhərində dəfn edilib.
Həmasın bəyanatında cəsədlərin həyati vacib orqanların oğurlanması ilə bağlı müstəqil beynəlxalq araşdırma aparılması tələb olunur.
İsrail hərbçiləri cəsədlərin qaytarılması ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Gülşən Şərif