Avropa İttifaqı Şengen bölgəsinə daxil olmaq üçün yeni Elektron Giriş/Çıxış Sistemi (EES) tətbiq edir.
Bakıvaxtı.az bildirir ki, bu barədə xarici mediada məlumatlar tirajlanıb.
Bildirilib ki, bu sistem noyabrın 10-da qüvvəyə minəcək.
Sistemi nəticəsi olaraq Qeyri Avropa Birliyi vətəndaşlarının, o cümlədən, Türk vətəndaşlarının giriş-çıxış məlumatları elektron bazada saxlanılacaq.
Qeyd edilib ki, pasport möhürləmək yerinə biometrik məlumatlar, o cümlədən, üz şəkli və barmaq izləri alınacaq.
Bu dəyişiklik sərhəd təhlükəsizliyini artırmaq və bölgədə qalma müddətini aşanları izləmək məqsədi daşıyır.
Əli Hüseynov
















