• Bakı 16° C

    12.98 m/s

  • USD - 1.7

    EUR - 1.8004

    RUB - 0.0279

"Həmrəylik sosial mediada da özünü büruzə verdi" - Fahrettin Altun

SİYASƏT

14 May 2022 | 13:28

Həmrəylik sosial mediada da özünü büruzə verdi - Fahrettin Altun

Şanlı Zəfərlə nəticələnən Qarabağ müharibəsi dövründə göstərdiyimiz həmrəylik sosial mediada da özünü büruzə verdi. Biz informasiya cəbhəsində Azərbaycanla birgə mübarizə apardıq. Nəticədə şanlı Zəfərin qazanılmasına töhfəmizi verdik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısında çıxışı zamanı ifadə edib.

Bu tədbirin mövcud əməkdaşlıqları daha da inkişaf etdirəcəyini deyən F.Altun bildirib ki, TDT yarandığı gündən ötən 13 il ərzində təşkilat təkmilləşərək beynəlxalq quruma çevrilib. Liderlər bu təşkilatın inkişafı və birliyi istiqamətində mühüm addımlar atıblar. Ölkələrimizin birliyinin daha da möhkəmləndirilməsinə töhfəmizi verməliyik. Media sahəsinin inkişafı isə bu sahəni təmsil edənlərin əlindədir.

"Bu il dördüncüsü keçirilən toplantı ilə müştərək yol xəritəmiz və yeni əməkdaşlıq imkanları dəyərləndirilir. Xüsusilə sosial mediada dezinformasiya ilə mübarizə toplantımızın əsas mövzularındandır. Təəssüflə qeyd etmək istərdim ki, biz bu dezinformasiyaya məruz qalan ölkələrdən biriyik. Bu çağırışla birgə mübarizə və onun qarşısının alınması hər birimiz üçün çox vacibdir. Burada, eyni zamanda, televiziya və film sahəsi üzrə birgə layihələrimizin təkmilləşdirilməsi məsələləri də müzakirə olunacaq. Türkiyənin kommunikasiya modelinin türk dünyasına inteqrasiyası barədə addımların atılması nəzərdə tutulur. Türk coğrafiyasında son zamanlar baş verən mənfi hadisələr türk birliyinin vacibliyini bir daha ortaya qoydu. Bu gün türk dünyasına qarşı yönələn dezinformasiya "müharibəsinə" və "faşizminə" məruz qalırıq. Bu, bizim ortaq problemimizdir. Biz xüsusilə rəqəmsal platformalarda insanlığa xidmət edəcək yeni layihələr inkişaf etdirmək əzmindəyik. Dəyişməyən tək amil həqiqətdir və biz bunun qorunması üçün əlimizdən gələni edəcəyik", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

23 May 2022