• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Hərbi maşın Zəfər Yolunda qəzaya uğradı

HADİSƏ

07 Oktyabr 2022 | 16:34

Hərbi maşın Zəfər Yolunda qəzaya uğradı

Xocalıda hərbi maşın qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Tanaxçı kəndində, Zəfər Yolunun 176-cı kilometrliyində baş verib.

"Mercedes" markalı minik avtomobil yolun kənarında dayanmış MAZ markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. "Mercedes"in sürücüsünün ərazidə aparılan təmir-tikinti işlərində çalışan şəxslərdən biri olduğu bildirilir.

Hadisəni DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov  təsdiqləyib. 

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026