• Bakı 21° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Sabirabadda yol qəzası: 2 nəfər öldü - YENİLƏNİB

HADİSƏ

06 Noyabr 2022 | 11:44 | Müəllif: Subhan Mahmudov

Sabirabadda yol qəzası: 2 nəfər öldü - YENİLƏNİB

Sabirabadda "Mercedes" markalı avtomobilin kanala aşması nəticəsində ölənlər və yaralananların şəxsiyyəti məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində sürücü, Beyləqan rayonunun Yeni Mil-qəsəbə sakini, 1995-ci il təvəllüdlü Vəlizadə Elman Mürşüd oğlu və avtomobildə olan sərnişin Ağcabədi rayonunun Xocavənd kənd sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı suda boğularaq ölüblər.

Digər sərnişinlər - Beyləqan rayonunu Yeni Mİl qəsəbə sakinləri olan sürücünün atası 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, anası 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əlağa qızı və sürücünün nişanlısı Ağcabədi rayonunun Xocavənd kənd sakini, 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı yüngül xəsarətlər alıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

 

***10;14

Sabirabad rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "Mercedes" markalı avtomobil yoldan çıxaraq kanala aşıb. 

Qəza nəticəsində 2 nəfər suda boğularaq ölüb.(unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026