• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qanunsuz ov edənlər cəzalandırıldı

HADİSƏ

06 Dekabr 2022 | 10:06

Qanunsuz ov edənlər cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran rayonu akvatoriyasında, Kür çayında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakini Sənail Qənbərov, Qazax rayon sakini İntiqam Hüseynov, Mingəçevir şəhər sakini Bayram Mustafayev və Goranboy rayon sakini Rəcəb Abbasov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Yevlax rayon sakini Hüseyn Abdullayev və Bakı şəhər sakini Emil İsmayılov saxlanılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026