• Bakı 14° C

    2.8 m/s

İki maşın toqquşdu - Xeyli sayda yaralı var

HADİSƏ

05 Noyabr 2022 | 15:14

İki maşın toqquşdu - Xeyli sayda yaralı var

Xaçmazda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri 2003-cü il təvəllüdlü Mirbaba Elnur oğlu Hacıyev və 2003-cü il təvəllüdlü Ramil Qərib oğlu Abdullayev, eləcə də Şabran rayon sakinləri 2005-ci il təvəllüdlü Emin Muxtar oğlu Şabətdinov, 2004-cü il təvəllüdlü Nihad Cavid oglu Əlimirzəyev və 2003-cü il təvəllüdlü Səbuhi İsgəndər oğlu İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026