• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Maşın dərəyə aşdı - Ölən və yaralanan var

HADİSƏ

05 Dekabr 2022 | 11:45

Maşın dərəyə aşdı - Ölən və yaralanan var

Astara rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki,  hadisə bu gün səhər saatlarında rayonun dağlıq Motlayataq kəndində, Üləsi dağları ərazisində qeydə alınıb.

Motlayataq kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.

Hadisə nəticəsində sürücü yerindəcə keçinib. Avtomobildə olan sərnişin, sürücünün oğlu 1995-ci il təvəllüdlü Ruslan Zakir oğlu Aydınzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Qəzaya qarlı havanın, yolun buzlu olmasının səbəb olduğu bildirilir.

Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026