• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gənc oğlan evindən oğurluq etdi

HADİSƏ

04 Yanvar 2023 | 11:09

Gənc oğlan evindən oğurluq etdi

Bakıda mənzildən 80 min manatlıq oğurluq edilib.

Daxili İşlər nazirliyindən Bakıvaxtı.az-a verilən məlumatda bi ldirilir ki, yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50000 manat pul və 30000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin 2002-ci il təvəllüdlü oğlu olması müəyyən edilib. O, oğurluq əməlini xüsusi və peşəkar oğrular tərəfindən törədilməsi görüntüsünü yaratmaq, iz itirmək məqsədilə filmlərdə gördüyü metod və vasitələrdən istifadə etməklə törədib. Polisin əməkdaşlarının tutarlı sübutları əsasında o, törətdiyi oğurluq əməlini etiraf edib, talanan pul vəsaitinin bir hissəsini və qızıl əşyalarını gizlətdiyi yerdən çıxararaq istintaqa təqdim edib.

O, saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib.

Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026