• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Binəqədidə hərbi sursat aşkarlandı - VİDEO

HADİSƏ

03 Fevral 2023 | 10:27

Binəqədidə hərbi sursat aşkarlandı - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 10 ədəd 100 mm-lik minaatan mərmisinin, 2 ədəd 100mm-lik tank mərmisinin, 10 ədəd RPQ-7 mərmisinin hissələri və bəzi mərmi qirintıları olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Binəqədidə hərbi sursat aşkarlandı - VİDEOBinəqədidə hərbi sursat aşkarlandı - VİDEOBinəqədidə hərbi sursat aşkarlandı - VİDEOBinəqədidə hərbi sursat aşkarlandı - VİDEOBinəqədidə hərbi sursat aşkarlandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026