• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Bank kartlarından oğurluq edən şəxs saxlanıldı - FOTO

HADİSƏ

03 Fevral 2023 | 10:05

Bank kartlarından oğurluq edən şəxs saxlanıldı - FOTO

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, o, elan saytlarında satışa qoyulan mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edərək, sms vasitəsilə təsdiqləyici kodu alaraq kartda olan vəsaitləri talayıb.

Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edən şübhəli şəxs əsasən, 070 432-90-90, 070 564-58-58 nömrələrindən istifadə edib.

"Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunub", - məlumatda qeyd edilib.

Araşdırmalar davam etdirilir.


Bank kartlarından oğurluq edən şəxs saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026