• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bərdədə dəhşətli qəza: 5 nəfər öldü - YENİLƏNİB

HADİSƏ

03 Fevral 2023 | 09:18 | Müəllif: Subhan Mahmudov

Bərdədə dəhşətli qəza: 5 nəfər öldü - YENİLƏNİB

Bərdə rayonunda ağır yol qəzasında ölən və yaralıların adları məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Yevlax-Ağdam-Laçın yolunun qapalı təmir olunan 37-ci km-də Bərdə rayonu Qaradəmirçi kənd sakini, 1998-ci il təvəllüdlü Quliyev Ceyhun Arif oğlunun idarə etdiyi VAZ-21214 markalı 90-EA-774dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn Bərdə rayonu Mirzəcəfərli kənd sakini, 1995-ci il təvəllüdlü Baxşəliyev İlkin Məhərrəm oğlunun idarə etdiyi “Mersdes Benz” markalı 34-BG-302 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü və “Mersdes Benz” markalı avtomobildə olan sərnişinlər Bərdə rayonu Mircəfərli kənd sakinləri 1972-ci il təvəllüdlü Kərəmova Xalidə İsa qızı, 1968-ci il təvəllüdlü Baxşəliyev Məhərrəm Nüsrət oğlu, 1998-ci il təvəllüdlü Baxşəliyeva Məftunə Məhərrəm qızı hadisə yerində ölüb.

2001-ci il təvəllüdlü Baxşəliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədədn xəsarətləri alaraq Bərdə rayon diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

***

2 fevral, 20:18

Yevlax-Ağdam-Laçın yolunda baş verən qəza zamanı ölənlərin sayı 5-ə çatıb.

Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevin Bakıvaxtı.az-a verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən 1 nəfərin də vəziyyəti ağırdır.

***

18:50

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Kətəlparaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralı dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026