• Bakı 15° C

    1.83 m/s

Xaçmazda Sumqayıt sakininin meyiti tapıldı

HADİSƏ

03 Yanvar 2023 | 22:10 | Müəllif: Subhan Mahmudov

Xaçmazda Sumqayıt sakininin meyiti tapıldı

Xaçmazda Sumqayıt sakini, 1962-ci il təvəllüdlü Əliyev İsmayıl Bəxtiyar oğlunun meyiti tapılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, meyit şəhərin Bakı prospektində yeni inşa olunan, yaxın günlərdə açılışı gözlənilən marketin ərazisində tapılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, sözügedən ərazinin bir qismində tikinti işləri gedir.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR