• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Keçmiş arvadını bıçaqlayan kişi tutuldu

HADİSƏ

02 Fevral 2023 | 16:53 | Müəllif: Qalib İbrahimoğlu

Keçmiş arvadını bıçaqlayan kişi tutuldu

Bakıda keçmiş arvadını bıçaqlayan kişi saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Fevralın 2-də saat 09 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində olan mənzillərin birində 1975-ci il təvəlüdlü qadına kəsici-deşici alətlə ağır bədən xəsarəti yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törədərək hadisə yerindən qaçan şübhəli şəxs – qadının keçmiş həyat yoldaşı 1972-ci il təvəllüdlü Rövşən Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR