• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda  əməliyyat -  Qara İmişlinski ələ keçdi - VİDEO

HADİSƏ

02 Fevral 2023 | 12:14

Bakıda əməliyyat - Qara İmişlinski ələ keçdi - VİDEO

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb.

Bakıvaxtı.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, saxlanılan şəxs kriminal çevrələrdə “Qara İmişlinski” adı ilə tanınır.


Bakıda əməliyyat - Qara İmişlinski ələ keçdi - VİDEOBakıda əməliyyat - Qara İmişlinski ələ keçdi - VİDEOBakıda əməliyyat - Qara İmişlinski ələ keçdi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026