Qaradağ rayonunda yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Qobustan qəsəbəsindəki Şıxlar məscidinin yaxınlığında qeydə alınıb.
Məlumata görə, 50 kv.m mağaza elektrik qısaqapanmasından yanıb.
Yanğın qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb. /APA

















