Zəngilanın azad edilməsi ilə ölkəmizin geosiyasi gücü artdı və Qarabağ Zəfərinin hərbi-siyasi mənzərəsi tamamlandı.
Bakıvaxtı.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Azərbaycanın Hərbi prokuroru Bəhruz Əhmədov "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.
O bildirib ki, bu gün bu torpaqda dalğalanan üçrəngli bayraq, dövlətimizin suverenliyinin, xalqımızın birliyinin və igid oğullarımızın qanı ilə yazılmış qələbənin rəmzidir:
"Bu qələbənin əsas dayağı və şərəf simvolu, əlbəttə ki, Azərbaycan Ordusudur. Ordumuzun mərdliyi, rəşadəti, fədakarlığı və Vətən sevgisi qarşısında dərin ehtiramla baş əyirik. Əsgərdən zabitə, hər bir döyüşçü öz qanı və canı ilə bu torpaqların azadlığı və dövlətin bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Onların igidliyi, andına sadiqliyi, dövlətə və xalqa sədaqəti Zəfər tariximizin qızıl səhifələrinə yazıldı. Azərbaycan əsgəri döyüş meydanında təkcə silahla deyil, imanla, ruhla və haqq inamı ilə vuruşdu.
O, Vətən uğrunda can verərkən xalqına qürur, gələcək nəsillərə azadlıq miras qoydu".
Bakı 


