• Bakı 12° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Qobudakı yanğında xəsarət alanlardan XƏBƏR VAR

CƏMİYYƏT

05 Dekabr 2025 | 08:31

Qobudakı yanğında xəsarət alanlardan XƏBƏR VAR

Bu gün saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 1” yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

“Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”, - qurumdan qeyd edilib.


SON XƏBƏRLƏR

04 Dekabr 2025