Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq “Səmədabad” hava xəttində bu gün təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Nərimankənd və Səmədabad qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bakı 



