• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Həyəti təmizləyən qadın yandı

HADİSƏ

11 Iyul 2023 | 15:33

Həyəti təmizləyən qadın yandı

Lənkəranda 45 yaşlı qadın yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Z.Hüseynova həyətdə təmizlik işləri görərkən zibil tullantılarını yandırmaq istəyib. Tullantıların yanmadığını görən qadın zibillərin üzərinə benzin töküb. Bu zaman onun əlindəki əşya alovlanıb və Z.Hüseynova yanıb.

Köməyə gələn qonşular təcili yardım briqadasının köməyi ilə onu xəstəxanaya çatdırıblar. Xəstənin vəziyyəti ağır qiymətləndirilməsi səbəbindən zəruri tibbi yardımdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026