Azərbaycan cəmiyyəti media savadlılığının inkişafı məsələsi başda olmaqla ölkənin kütləvi informasiya vasitələri ilə fəal şəkildə işləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda danışıb.
Onun sözlərinə görə, sosial şəbəkələrdə və uşaqlar arasında media savadlılığının artırılmasına xüsusi diqqət yetirilir.
"Biz əminik ki, media savadlılığı olan nəslin formalaşdırılması cəmiyyətimizin informasiya immunitetinin gücləndirilməsinin ən vacib yollarından biridir", - H.Hacıyev vurğulayıb.