• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Hindistan yeni uzaqmənzilli qanadlı raketi uğurla sınaqdan keçirib

DÜNYA

13 Noyabr 2024 | 14:31

Hindistan yeni uzaqmənzilli qanadlı raketi uğurla sınaqdan keçirib

Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı Uzun Mənzilli Quru Hücum Kruiz Raketinin (LRLACM) ilk uçuş sınağını uğurla həyata keçirib. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, uçuş noyabrın 12-də Odişa sahillərindəki Çandipur sınaq poliqonunda mobil buraxılış qurğusundan həyata keçirilib. Müxtəlif sürət və yüksəkliklərdə mürəkkəb manevrlər yerinə yetirən raketin uçuşu radarlar və optik-elektron izləmə sistemləri ilə idarə olunub. LRLACM mobil yerüstü buraxılış qurğularından və Hərbi Dəniz Qüvvələri gəmilərinin şaquli universal buraxılış modullarından buraxılmaq üçün nəzərdə tutulub.

"Raket qabaqcıl imkanlarını nümayiş etdirib. Sınaq zamanı bütün LRLACM sistemləri normal rejimdə işləyib və buraxılış məqsədlərinə cavab verib", - Müdafiə Nazirliyinin bəyanatında vurğulanıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Dekabr 2024