• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

"Honda" 250 mindən çox avtomobilini geri çağırdı

CƏMİYYƏT

19 Noyabr 2025 | 11:35

Honda 250 mindən çox avtomobilini geri çağırdı

Yaponiyanın "Honda" şirkəti proqram təminatında sürücünün nəzarəti itirməsinə səbəb ola biləcək xətalar səbəbindən 250 mindən çox avtomobilini geri çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.

"Honda" proqram təminatında sürücünün nəzarəti itirməsinə və qəza riskinin artmasına səbəb ola biləcək xətalar səbəbindən 256 603 avtomobilini geri çağırır", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, geri çağırılma 2023-2025-ci illərə aid "Honda Accord" hibrid avtomobilləri modellərinə şamil ediləcək. Üstəlik, dilerlər qüsurlu proqram təminatını pulsuz yeniləyəcəklər. "Honda" zərərçəkmiş avtomobil sahiblərinə 2026-cı ildə məktublar yollayacaq.


SON XƏBƏRLƏR

18 Noyabr 2025