• Bakı 16° C

    3.11 m/s

Horovlu kəndində fərdi yaşayış evlərinin tikintisinə başlanılır

CƏMİYYƏT

27 Iyul 2023 | 09:17

Horovlu kəndində fərdi yaşayış evlərinin tikintisinə başlanılır

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl rayonunun Horovlu kəndində 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi üçün açıq tender elan edib.

Bakıvaxtı.az xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 1-i, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 11-I, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində ("Ağ şəhər") ofisinə təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026