• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Göylərdən müsbət enerji gələcək - Bürcləri nə gözləyir?

CƏMİYYƏT

26 Avqust 2023 | 00:05

Göylərdən müsbət enerji gələcək - Bürcləri nə gözləyir?

"26 avqust 2023-cü il tarixinin astroloji prooqnozlarına əsasən, göylərdən müsbət enerji gələcək".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında astroloq Səbuhi Rəhimli bildirib. Oonun sözlərinə görə, küsülülər barışsın və çalışın təması gücləndirəsiniz. Savab işlər görmək günüdür.

Bəs ayrılıqda bürcləri nələr gözləyir?

Qoç-Düşünmədən danışmaq və son sözü əvvəldə demək həmişə başınızı ağrıdıb. Bu bürcün nümayəndələrinin ən böyük səhvlərindən biri də elə budur. Ancaq bu gün elə olmayın. Bunu bacarsanız səhər saat 10-dan axşam saat 10-a kimi zaman xeyirinizə işləyəcək. 

Ümumiyyətlə, bu gün aqressiyaya son versəniz, daha yaxşı olar.

Buğa- Yeni görüşlər həyatınızı dəyişə bilər. Bacardığınız qədər qarşı tərəfə diqqətlə qulaq asın. Onların sözlərini diqqətlə izləyin. Razılaşmadığınız məqamları qətiyyən boş buraxmayın. Öz iradınızı bildirin. düzəlişlər edin. Hər şey yerli yerində olsa keçmişdən gələn böyük narahatçılığınız da aradan qalxacaq.

Əkizlər- Qarşınızda xoş bir gün durur. Uzaqlardan xoş xəbər eşidəcəyiniz gözlənilir. Maddi olmasa da mənəvi ovqatınız yüksək olacaq. Bu gün duzlu və soyuq qidalara yox desəniz yaxşıdır.

Himayənizdə olan azyaşlılara diqqətlə yanaşın. 

Xərçəng- Xoş bir gün yaşayacaqsınız. Bu səbəbdən də mövcud problemləriniz haqqında düşünməyin. Yəni, həll edilməyən problemləri özünüzə yük etməyin. Çalışın ki, mənəvi söhbətlərinizi artırasınız. Bu gün sizə vitaminli qidalar lazımdır. Meyvə tərəvəzlə qidalansanız bir o qədər yaxşıdır.

Şir- Sakit bir gün yaşayacaqsınız. Necə deyərlər, haqq-hesab etmək, götür-qoy etmək günüdür. Özünüzə hesabat vermək günüdür. 

Bu günə qədər yaşadıqlarınızdan təcrübə çıxarın ki, bundan sonrakı mərhələ rahat olsun.  Sadiq dostlarınızdan məhkəm yapışın.

Qız- Planetar həftə xeyirinizə işləyir. Görəcəyiniz işləri bu gündən planlayın. Məhz təməlini bu gün qoyun. Sizin qətiyyətliliyinizə kölgə salan insanları uzaqlaşdırın. Baş ağrısı verən insanları yaxın ətrafınızdan uzaq tutun. 

Tərəzi- Ailədə sülh və əmin-amanlığı qorumaq savab işdir. Lakin, bunu aqressiv formada etmək necə deyərlər qaş düzəltmək yerdə vurub gözü çıxartmaq anlamına gəlir. Bu səbəbdən hər kəslə anlayışla davranın. Qarşınızdakına müvafiq olaraq davranış  sərgiləyin. Əks halda problemlər yarana bilər.

Əqrəb- Sizin üçün toparlanmaq dönəmi başlayıb. Daha səhfə yol vermək olmaz. Atdığınız addımlar ətrafınıza yığdığınız insanlara güvən, etibar verməkdən ibarət olmalıdır. Yalnız, bu halda hədəflərinizə çata bilərsiniz. 

Oxatan- Gün ərzində yalnız ailə və məişət qayğılarına köklənin. Çalışın ki, doğmalarınıza vaxt ayırasınız. Kənar görüşləri təxirə salın. Əgər məcburən bir işlər görməlisinizsə, bunu saat 19:00-dan sonraya saxlayın. 

Oğlaq- Ulduzların düzümü düşüncələrinizin çox yerə parçalandığını bəyan edir. Belə olmaz. Diqqəti əsas hədəflərə yönəltmək lazımdır. Kiçik və böyük problemləri eyniləşdirməyin.

Dolça- Bu günb həssaslığınız artdığından iqlimə uyğun davranın xüsusuilə də, təziq və revmatizma ilə bağlı probleminiz varsa, diqqətli olun. Qalan məsələlər könlünüzcə olacaq. Uzaq səfərlər məsləhətli deyil. Çünki. metrohəssaslıq artıb. 

Balıqlar- Xırdaçıl insanlardan uzaq olun. Böyük düşünün ki. bel də olasınız. Əslində eləsiniz amma biraz daha böyük düşünün. Qarşıda sizi böyük uğur gözləyir. Gələn həftəyə hazır olun. İndidən enerji toplayın. Şəxsi büdcənizə də mümkün qədər qənaət edin. 

Xəyalə Rza


Göylərdən müsbət enerji gələcək - Bürcləri nə gözləyir?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR